Sülh olmasa, sanksiya ləğv olunmayacaq - Şolts

Gündəm
28-03-2025 - 17:09
Sülh əldə olunmayana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyin mənası yoxdur.
Ajans.az xəbər verir ki, bunu Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolts deyib.
“İndi sanksiyaların istənilən yumşaldılması ciddi səhv olardı, çünki sülh hələ çox uzaqdadır. Aydındır ki, Rusiya əslində sülhün bərqərar olmasında maraqlı deyil”, - Şolts bildirib.