İsrail MN və ABŞ komandanlığının rəhbəri görüşdü - Nə müzakirə etdilər?
ABŞ Silahlı Qüvvələrinin (SQ) mərkəzi komandanlığının rəhbəri Maykl Kurilla İsrailin müdafiə naziri İsrael Kats ilə görüşüb.
Ajans.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
“General Kurilla İsrail Baş Qərargah rəisi general-leytenant Herzi Halevinin dəvəti ilə dekabrın 11-13-də İsrailə səfər edib. General Kurilla İsrailin müdafiə naziri İsrael Kats ilə görüşüb”, - deyə məlumatda bildirilir.
Həmçinin ABŞ Silahlı Qüvvələri komandanlığının rəhbəri İsrailin şimal hərbi dairəsinin komandanı general-mayor Ori Qordinlə də görüşüb. Hərbçilər, xüsusilə, Suriyadakı mövcud vəziyyət də daxil olmaqla, bir sıra regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Dekabrın 12-də məlum olub ki, Maykl Kurilla atəşkəs sazişinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Livana səfər edib. Belə ki, amerikalı general Livan ordusunun komandanı Cozef Aun, eləcə də general-mayor Casper Cefferslə görüşüb.
Bundan əvvəl ABŞ belə bir fikir bildirmişdi ki, Suriya prezidenti Bəşər Əsədin və ya Suriyadakı vətəndaş müharibəsində terrorçu qrupların qələbəsi İsrail və Qərbi çıxılmaz vəziyyətə salır, çünki hər iki tərəfin uğuru Təl-Əviv üçün risklərlə doludur.