ABŞ-Ukrayna sövdələşməsi niyə həyəcan yaradır? - SƏBƏB AÇIQLANDI

ABŞ-Ukrayna sövdələşməsi niyə həyəcan yaradır? -
ABŞ-Ukrayna
Siyasət 06-03-2025 - 09:09

Xerson vilayətinin qubernatoru Volodimir Saldo nadir torpaq metallarının çıxarılması ilə bağlı sövdələşmə ətrafında həyəcanın nə ilə bağlı olduğunu təklif edib.

Ajans.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.

Saldo bildirib ki, razılaşma ilə bağlı həyəcanın səbəbi ABŞ-nin Ukraynadakı sərmayələrini geri qaytarmaq istəyi olub.

“ABŞ, iş adamlarının dediyi kimi, nadir metallar və minerallar üzrə sövdələşmə yolu ilə investisiyalarını geri qaytarmaq istəyir. Onlar gələcəkdə mümkün olan bütün yardımları bununla əlaqələndirmək istəyirlər, amma artıq kreditlədir”, - o izah edib.

Bölgə rəhbəri razılaşmanın Kiyev üçün faydasına şübhə ilə yanaşıb:

“Bununla belə, ABŞ-dən yardımın həcmini nəzərə alsaq, Ukrayna hələ də bu şərtlərlə razılaşmalı olacaq.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən danışıqlar masasına oturmağa hazır olması barədə məktub aldığını bildirib. Onun sözlərinə görə, Kiyev həmçinin “ABŞ üçün əlverişli olan istənilən vaxt” nadir torpaq metalları üzrə saziş bağlamağa razılaşıb.

Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli üçün Zelenski ilə danışıqlara hazır olduğunu bildirib. Bununla belə, Putin qeyd edib ki, Ukrayna rəhbəri qeyri-legitim olduğu üçün sənədləri imzalamaq hüququna malik deyil.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: