Fitrə zəkatı nə qədər verilməlidir? - RƏSMİ

Fitrə zəkatı nə qədər verilməlidir? -
Cəmiyyət 28-03-2025 - 13:52

Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Ajans.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Bildirilib ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

Qeyd olunub ki, fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

PAYLAŞ: