MİT başqanı Suriyada Colani ilə görüşdü

Gündəm
26-01-2025 - 18:46
Suriyada səfərdə olan Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın müvəqqəti hökumətin rəhbəri Əhməd əş-Şara ilə görüşüb.
Ajans.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin X səhifəsində məlumat yayılıb.
Görüşdə Suriya XİN rəhbəri Əsəd Həsən əş-Şeybani, Kəşfiyyat Təşkilatının rəhbəri Enes Xəttab da iştirak edib.
Görüşdə nələrin müzakirə edildiyi açıqlanmır.