Milli Məclis Prezident və xanımını TƏBRİK ETDİ

Milli Məclis Prezident və xanımını
Gündəm 18-10-2024 - 11:17

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Ajans.az Modern.az-a istinadən xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

PAYLAŞ: