Mətbuat katibinin cavabı qınağa səbəb oldu

Mətbuat katibinin cavabı qınağa
Gündəm 27-10-2024 - 13:51

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu jurnalistlərin zənglərinə cavab verməyəcəyini bildirib.

Ajans.az Manset.az-a istinadən xəbər verir ki, mətbuat katibi bu haqda qurumun media nümayəndələri üçün yaratdığı vatsap qrupunda qeyd edib:

"Əziz həmkarlar, bir daha xatırladım ki, suallarınızı sizə təqdim etdiyimiz nömrəyə yönləndirməyə məqsədəuyğundur. Mənə zəng edirsiz, obyektiv səbəbdən cavab verə bilmirəm".

Ceyhun Musaoğlu jurnalistlərə bunun əvəzində 055-253-25-55 mobil nömrəsi ilə əlaqə saxlamağı bildirib. 

Mətbuat katibinin bu addımı jurnalistlərin qınağına və gülüşünə səbəb olub. Mediaya cavabdeh rəsmi şəxsin, mətbuat katibinin bu addımı birmənalı qarşılanmayıb.

PAYLAŞ: