Məşhur milyarder biznesini satdı
Milyarder Roman Avdeev “Rossium” şirkətindəki payını satıb.
Ajans.az xəbər verir ki, alıcı başqa bir milyarder Sergey Sudarikov olub. Bu barədə o, “Facebook”da məlumat verib.
Konserndə Avdeyevin payı 62 faiz olub. Lakin o, əməliyyatın dəyərini açıqlamayıb. Milyarder əlavə edib ki, Sudarikov uzun illər onun strateji tərəfdaşı olub. Əməliyyat başa çatdıqdan sonra Avdeyevin Rusiyada heç bir aktivi qalmayıb. O, biznesi satmağın ona, övladlarına, eləcə də həyatının bizneslə bağlı olmayan digər aspektlərinə diqqət yetirmək imkanı verəcəyini vurğulayıb.
Əvvəllər Avdeyevin sərvəti 1,2 milyard dollar qiymətləndirilib. O, Forbes reytinqində 108-ci yerdə idi.