Məşhur klub baş məşqçi ilə yollarını ayırdı

İdman
31-12-2024 - 19:26
Tanınmış mütəxəssis Ueyn Runi baş məşqçisi olduğu Çempionşip təmsilçisi “Plimat Arqayl”la vidalaşıb.
Ajans.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Plimat Arqayl” turnir cədvəlində 24 komanda arasında sonuncu yerdə qərarlaşıb.
Mövzular:
Oxşar xəbərlər
"Qarabağ"ın məğlub olduğu oyunda iştirak edən hakimə SƏRT CƏZA - Uzaqlaşdırıldı
İdman08:16 / 14-11-24