Məhkəmə SOCAR-ın idarəsi ilə bağlı cərimə qərarı verdi

Məhkəmə SOCAR-ın idarəsi ilə bağlı
İqtisadiyyat 01-11-2024 - 09:50

Dövlət Neft Şirkətinin (SOCAR) "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətini pozduğu üçün cərimələnib.

Ajans.az x'b'r verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş İdarə ilə bağlı müraciətə baxılıb.

Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. /İqtisadiyyat.az

PAYLAŞ: