Mbappenin vəziyyəti AĞIRDIR
Fransanın məşhur idman qəzeti “L`Equipe” məşhur futbolçu Kilian Mbappe haqqında məlumat yayıb.
Ajans.az xəbər verir ki, məlumatda futbolçunun psixoloji vəziyyətinin yaxşı olmadığı bildirilir:
“Kilianın bir neçə aydır zehni və psixoloji problemləri var. Əhval-ruhiyyəsi də heç yaxşı deyil. Son zamanlar spirtli içkilərin aludəçisinə çevrilib. Bütün bunları aşmaq üçün zamana və həkimlərin dəstəyinə ehtiyacı var”.
Futbolçunun bu xəbəri qısa zaman ərzində sosial şəbəkələrdə əks-səda doğurub. Fanatları “Mbappenin məhvini izləyirik və üzülürük” deyə bildiriblər.