Maya dəyəri 4 manat 40 qəpik olan mal əti bazarda niyə baha satılır? - RƏY

Maya dəyəri 4 manat 40 qəpik olan mal əti bazarda niyə  baha satılır? -
Cəmiyyət 12-02-2025 - 16:59

Ölkədə mal ətinin maya dəyərindən 3 dəfə baha satıldığı iddia edilir. Bu barədə Xəzərxəbərin hazırladığı videomaterialda qeyd olunub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ölkədə iribuynuzlu mal-qaranın ətinin maya dəyəri 4 manat 40 qəpik təşkil edir. Həmçinin mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu da göstərilib. Bəs belən olan halda niyə mal əti alıcılara bundan 3-4 dəfə baha təklif edilir?


Məsələni dəyərləndirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev “Ajans.az”a bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatları əhalinin yem aldığı zaman soruşulan sorğu əsasında  tərtib olunur:

‘’Bu tip informasiyalar ortalama üzrə statistik rəqəmlər üzrə qurulur. Hətta, bəzi fermerlərin də fikirləri əsas götürülür. Fermer təsərrüfatı kokret xərclər əsasında müəyyənləşir. Amma etiraf etməliyik ki, reallıqda çəkilən xərc göstəriləndən dəfələrlə yuxarıdır. Bu səbəbdən deyə bilmərik ki, günümüzdə mal ətinin maya dəyəri 4 manat 40 qəpikdir. Bu doğru xəbər olsaydı, Azərbaycanda ət daha ucuz satılardı. Bazarlarda mal ətinin kilosunu 12-13, dana ətinin isə 14 manatdan ucuz tapmaq olmur. Hətta, qəssablar belə məhsulun maya dəyərinin üzərinə az pul qoyurlar. Çünki bu sahədə rəqabət həddindən artıq çoxdur. Əlavə olaraq bir küçədə çoxsaylı qəssabxanayla qarşılaşmaq mümkündür. Bir sözlə, göstərilən statistik rəqəmlər həqiqəti əks etdirmir".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: