Maskın qızı Trampa görə ABŞ-ni TƏRK EDİR
İlon Maskın transseksual qızı Vivian Cenna Vilson Donald Trampın ölkənin növbəti prezidenti seçilməsindən sonra ABŞ-ni tərk etməyə hazırlaşır.
“Bir müddətdir ki, bu barədə düşünürdüm, amma dünən bu mənim üçün təsdiqləndi. Gələcəyimi ABŞ-də görmürəm. O, cəmi 4 il vəzifədə olsa belə, transseksuallara qarşı qaydalar möcüzəvi şəkildə qüvvəyə minməsə belə, könüllü olaraq ona səs verən insanlar tezliklə heç yerə getməyəcəklər”, - deyə, Vilson sosial mediada paylaşım edib.
20 yaşlı Vilson Trampın kampaniyasına yüz milyonlarla dollar xərcləyən və ABŞ-nin seçilmiş prezidenti tərəfindən bəyənilən atasından uzaqlaşıb.
Tramp bildirib ki, o, prezident olduğu müddətdə “LGBT” yardımlarını məhdudlaşdıracaq, transgender qadınların qadın idman komandalarında iştirakını qadağan edəcək və transgenderlərin öz cinsi kimliyinə uyğun olan obyektlərdən istifadəsinə qadağa qoyacaq.