Makron İsrailə silah tədarükünü dayandırmağa çağırdı

Makron İsrailə silah tədarükünü dayandırmağa çağırdı
Dünya 12-10-2024 - 01:36

Fransa prezidenti Emmanuel Makron İsrailə silah tədarükünü dayandırmağa çağırıb.

Ajans.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, Qəzza zolağında və Livanda döyüşmək üçün istifadə edilən İsrailə silah tədarükünün dayandırılması atəşkəs üçün "yeganə rıçaq"dır.

"Fransa bu döyüş bölgələrində istifadə olunan silahların ixracına son qoymağa çağırıb", - siyasətçi deyib. Fransa lideri əlavə edib ki, bu, ölkənin məruz qaldığı təhlükələr fonunda İsrailin tərksilah edilməsinə çağırış deyil.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: