Lukaşenko Cənubi Koreya xalqına başsağlığı verdi
Belarus prezidenti Aleksandr Lukaşenko təyyarə qəzasından sonra Cənubi Koreya xalqına başsağlığı verib.
Ajans.az xəbər verir ki, bu barədə BELTA agentliyi dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Bu çətin saatda biz dəstək və təsəlli sözlərimizi, həmçinin zərərçəkənlərə tezliklə sağalmalarını arzulayırıq”, - deyə prezident bildirib. O, həmçinin qeyd edib ki, Belarusda təyyarə qəzası və onun nəticələri ilə bağlı xəbərlər böyük ağrı ilə qarşılanıb.
Cənubi Koreyanın Muan hava limanında təyyarə qəzası bazar günü, dekabrın 29-da yerli vaxtla səhər saat 9:07-də (Moskva vaxtı ilə 3:07) baş verib. İlkin məlumata görə, buna səbəb quşlarla toqquşma olub.
Muan Beynəlxalq Hava Limanında bütün daxili və beynəlxalq reyslər ləğv edilib.