Livan İsraili atəşə tutdu

Gündəm
18-11-2024 - 21:57
İsrailin şimalında yerləşən Şfaram qəsəbəsi Livandan atəşə tutulub.
Ajans.az xəbər verir ki, bu barədə milli təcili yardım xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində azı 6 nəfər yaralanıb.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, son hücum zamanı Livan ərazisindən təxminən beş mərmi atıldığı qeydə alınıb.