Lənkəranda 2 min abonent qazsız QALDI

Gündəm
23-12-2024 - 18:16
Lənkəran Qazpaylayıcı stansiyasından təbii qazla təchiz edilən 225 mm diametrli orta təzyiqli qaz kəmərinin rayonun Göyşaban kəndi ərazisindən keçən hissəsində yaranmış qaz sızması ilə əlaqədar qeyd edilən qaz kəmərinə qazın verilişi dayandırılıb.
Ajans.az xəbər verir ki, nəticədə rayonun Girdəni kəndi və Liman şəhərinin bir hissəsi, Göyşaban və Ürgə kəndlərində ümumilikdə iki minə yaxın abonentə qazın verilişində məhdudiyyət yaranıb.
Qəzanın ləğvi və təmir-bərpa işlərinin gedişi barədə əlavə məlumat veriləcəkdir.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Oxşar xəbərlər
ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Trampın andiçmə mərasimi başladı -FOTO
Gündəm15:19 / 20-01-25
Şöbə müdiri idi, Mərkəzi Banka baş direktor təyin edildi - Vüsal Qurbanov kimdir?
Gündəm10:04 / 06-02-25
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Gündəm11:32 / 10-01-25
Təyyarə qəzasının təhqiqatı ilə bağlı ilkin nəticələr gələn həftə açıqlanacaq
Gündəm07:30 / 24-01-25