Kuryer küçənin ortasında başından güllə yarası aldı: Necə sağ qalıb? - VİDEO
Ankarada düşmənləri tərəfindən axtarılan əmisi oğlunun ünvanını demədiyi üçün başından güllə yarası alan kuryer Savaş Koç xəstəxanada 1 ay davam edən həyat savaşından sonra ayılıb.
Ajans.az xəbər verir ki, Koç məhkəmədə yerə yıxıldıqdan sonra özünü ölü kimi göstərdiyini və şübhəlinin uzaqlaşmasını gözlədiyini bildirib.
Fırat Sucuğ əmisi oğlu Erdi S. (33) ilə birlikdə sosial şəbəkədə mübahisə etdiyi Alper A. (28) ilə görüşmək üçün qohumu Savaş Koçun iş yerinə gedib. Restoranda kuryer işləyən Savaş Koç qohumunun yerini demədiyi üçün mübahisə yaranıb. Savaş Koç ov tüfəngini maşınının baqajından çıxarıb. Erdi S. tüfəngi götürmək istəyərkən Fırat Sucuğ silahını çıxararaq başına bir dəfə atəş açıb.
Ağır yaralanan Savaş Qoç xəstəxanaya aparılıb. Koç 1 aylıq müalicədən sonra sağlamlığına qovuşub və evə buraxılıb. 35-ci Ağır Cəza Məhkəməsində saxlanılaraq həbs edilən Fırat Sucuğ və həbs olunmayan Erdi S. haqqında "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə ömürlük həbs tələbi ilə iddia açılıb. Təqsirləndirilən şəxslərin məhkəməsi davam edərkən hadisənin iş materiallarına daxil edilmiş təhlükəsizlik kamerası görüntüləri üzə çıxıb.