Kür çayına balıq körpələri buraxıldı - FOTO

Cəmiyyət
17-01-2025 - 11:36
Biomüxtəlifliyin mühafizəsinə, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti dəfə balıq körpələri Kür çayına buraxılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Ajans.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, yerli ekologiya idarələrinin əməkdaşlarının və rayon ictimaiyyətinin iştirakı ilə 10 min ədəd çəkikimi balıq körpəsi Tovuz rayonu ərazisindən Kür çayının mənsəbinə buraxılıb.