İranda hicaba etiraz olaraq soyunan qız həbsxanaya yerləşdirildi - ŞOK
“Amnesty International” İranın sərt İslami geyim koduna etiraz olaraq soyunduqdan sonra “zorakılıqla həbs edildiyi” iddia edilən bir universitet tələbəsinin azad edilməsini tələb edir.
Ajans.az xəbər verir ki, Ahoo Daryaei adlı qadın ruhi dispanserə göndərilib. Çünki universitet rəsmiləri qadının ciddi stress altında olduğunu və psixi pozğunluqlardan əziyyət çəkdiyini bildirib.
Lakin digər mənbələr və qıza yaxın olan çəxslər Daryaenin tam sağlam olduğunu qeyd edib:
“O heç bir problemdən əziyyət çəkmir. Sadəcə qadınların səsi olmaq istəyirdi. Ümid edirik ki, ona heç nə etməzlər”.