Kralın sözçüsu şahzadə Harrini “axmaq” adlandırdı – SƏBƏB
Sasseks hersoqu Harri öz ailəsindən istifadə edərək pul qazanmağa çalışdığı üçün kral sözçüsü tərəfindən tənqid edilib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə öz yazdığı kitabda müxtəlif sensasiyalı iddialar irəli sürüb. Belə ki, o öz atası və qardaşı ilə münasibətlərindən kitabda xeyli bəhs edib. Kralın şərhçilərindən biri Harrini bu hərəkətinə görə “axmaq” adlandırıb.
Qeyd edək ki, sözügedən “Spare” adlı kitab ötən ilin yanvar ayında yayımlanıb. Kitab satışa çıxarıldığı andan etibarən xaos başlayıb. Çünki Harri kitabda bəzi ailə sirlərinə də yer verib. Krala yaxın olan adamlar dəfələrlə kitab və müəllif tənqid atəşinə tutub.