"Kirayə verilən qadın bətni"- Azərbaycanda qanunidir?

"Kirayə verilən qadın bətni"-
Cəmiyyət 27-02-2025 - 11:29
 543

Uşaq sahibi ola bilməyən cütlüklərin istifadə etdiyi alternativ üsullardan biri surroqat analıqdır. Müasir dövrdə daha çox gestasional surroqat analıq tətbiq edilir, yəni qadın sadəcə olaraq başqa şəxsin (valideynlərin) embrionunu daşıyır, lakin genetik olaraq uşaqla bağlılığı olmur.

Son zamanlar sosial şəbəkələrdə 20-30 yaşlı xanımların follikul donoru olması ilə bağlı elanların sayı artıb.

Bu elanlarda bildirilir ki, 20-30 yaşlı xanımlar follekul donoru olarsa, 400-dən 700 manatadək pul qazana bilər.

Maraqlıdır, bu hal qanunla tənzimlənirmi?

Tanınmış vəkil, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı "Ajans.az"a açıqlamasında bildirib ki, bir çox dövlətlərdə bu proqram qanunla icazə verilir:

"Əgər genetik ana sağlamlığına görə ana olma qabiliyyətindən məhrumdursa, buna icazə verilir. Proqramın həyata keçirilməsindən əvvəl daşıyıcı qadın ilə uşağın gələcək valideynləri arasında müqavilə bağlanır. Müqaviləyə görə, yeni doğulmuş uşaq hüquqi olaraq bioloji valideynlərinə (embrionu istifadə edən valideynlər) aid edilir. Genetik valideynlər körpəyə sahib olandan sonra onu böyütməli və tərbiyə etməlidir. Daşıyıcı ana (surroqat ana) hüquqi ana roluna iddia edə bilməz.
Bu proqram zamanı bir sıra etik və hüquqi problemlər yarana bilər. Belə ki, genetik valideynləri adətən narahat edən məsələ, bu proqramda doğumun məxfiliyinin qorunmasıdır. Məsələn, surroqat ana müqaviləni ləğv edə bilər və valideynlik hüququnu tələb edə bilər. Əks vəziyyətdə, körpədəki patalogiya aşkar olduqda, bioloji valideynlər uşaqdan və müqaviləyə görə ödəniləcək puldan imtina edə bilər. Özü də heç də həmişə patalogiya daşıyıcı ana ucbatından baş vermir.
Əksər hallarda, daşıyıcı ana proqramına razılıq edən valideynlər əldə olunan nəticədən razı qalır. Statistikaya görə, hamiləliyi firavan keçirən daşıyıcı anaların sayı təxminən 70% təşkil edir. Qeyd edim ki, Azərbaycanda surroqat analıq rəsmiləşdirilməyib. Yəni, qanunda belə bir müddəa yoxdur".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: