Keçmiş Pentaqon müşaviri Rusiya ilə bağlı AÇIQLAMA YAYDI

Keçmiş Pentaqon müşaviri Rusiya ilə bağlı
Pentaqon
Siyasət 17-01-2025 - 09:36

Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor Vaşinqtonun sanksiyaları sərtləşdirməsi ideyasını və Rusiyaya zərər vermək istəyini dəlicəsinə adlandırıb.

Ajans.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Makqreqor vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ABŞ-ni Avropadan sıxışdıracaq və ölkəni gülünc göstərəcək:

“Sanksiyaları sərtləşdirməli və ya Rusiyaya zərər vurmaq üçün yeni yollar tapmalı olduğumuz fikri sırf dəlilikdir”.

Hərbçinin fikrincə, ABŞ Rusiyanın öz maraqlarını təbliğ etmək hüququna malik olduğunu tanımalıdır. O əlavə edib ki, Avropa indi ABŞ-nin təsir dairəsindən “sürətlə uzaqlaşır”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: