İtaliyanın Baş naziri ilə bağlı araşdırma başladıldı

İtaliyanın Baş naziri ilə bağlı
Gündəm 29-01-2025 - 08:59

Roma prokurorları Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan liviyalı səhra komandirinin İtaliyada saxlanması və sonradan sərbəst buraxılması ilə bağlı Baş nazir Giorgia Meloni və iki hökumət nazirinə qarşı təhqiqat açıb.

 Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Meloni özü məlumat yayıb.

Meloni liviyalı Ossame Anjiemə kömək etməkdə ittiham olunur. O, ədliyyə və daxili işlər nazirləri Karlo Nordio və Matteo Piantedosinin də araşdırıldığını bildirib.

“Dünən doğru olan bu gün də doğrudur: məni şantaj etmək olmaz və məni qorxutmaq olmaz”, - Meloni ittihamları şərh edib.

PAYLAŞ: