İstədikləri mahnı qoşulmadı, məkanı güllə atəşinə tutdular - VİDEO
İstanbulun Fatih mahalında istədikləri mahnının səsləndirilməməsinin ardından çölə çıxarılan 3 şübhəli daha sonra işə götürdükləri qatilləri əyləncə məkanına göndərib.
Ajans.az xəbər verir ki, qatillər məkanı güllə atəşinə tutub. Hücumda ağır yaralanan ofisiant Rəcəb Denizhan həyatını itirib.
Xəstəxanaya qaldırılan Denizhan bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib. Polis qrupları təsbit etdikləri şübhəliləri tutmaq üçün araşdırma başladıb.
Hadisə məşhur restoranların birində baş verib. Belə ki, 3 aqressiv şəxs məkanda mahnı sifarişi edib. Onların sifarişi qəbul edilməyib. Nəticədə 3 şəxs dava çıxarıb. Mühafizəçilər 3 hücumçunu da restorandan qovub. Onlar da bunu özlərinə sığışdıra bilməyib və bu cür addım atıblar.