İrandan İsrailə "qırmızı xətlər"lə bağlı XƏBƏRDARLIQ

İrandan İsrailə "qırmızı xətlər"lə bağlı
İran
Dünya 20-10-2024 - 05:41

İsrailin İrana qarşı hər hansı hücumu “qırmızı xətt” hesab olunacaq və buna bərabər cavab verilməyəcək.

Ajans.az-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Araqçı Türkiyənin "NTV" telekanalına müsahibəsində deyib.

“İsrail bizə hücum edərsə, cavab verməyə tam hazırıq. Biz buna uyğun cavab verəcəyik, lakin ümid edirik ki, İsrail bizim hazırlığımızı sınamayacaq. İrana qarşı istənilən hücum bizim üçün qırmızı xəttdir”.

Nazir zərbə olacağı təqdirdə İsrailin İrandan simmetrik cavab alacağını vurğulayıb. Araqçi xəbərdarlıq edib ki, Tehran cavab hücumunu gecikdirməyəcək.

PAYLAŞ: