İranda “Rus Evi” açılacaq

İranda “Rus Evi”
“Rus Evi”
Gündəm 26-02-2025 - 18:12

Tezliklə Tehranda “Rus Evi” açılacaq.

Ajans.az xəbər verir ki, bunu Rusiya Federal Dövlət Əməkdaşlıq Agentliyinin müşaviri Aleksandr Şpilenko deyib.

Aleksandr Şpilenko İranda “Rus Evi”nin açılması ilə bağlı ilkin razılaşmaların əldə edildiyini vurğulayıb.

O, rus mədəniyyətini başqa ölkələrə sırımaq fikrində olmadıqlarını, yalnız Rusiyanın potensialını əlaqələri olan ölkələrə tanıtmaq məqsədi güddüklərini də bildirib.

PAYLAŞ: