İran Qərbi Azərbaycanda məhbusların barmaqlarını kəsdi
Beynəlxalq Əfv Təşkilatı Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin həbsxanasında əl barmaqlarının kəsilməsinə qərar verilən 5 məhkumla bağlı bəyanat yayıb.
Ajans.az xəbər verir ki, bu barədə təşkilatın media hesabında paylaşım edilib.
Bəyanatda İran hökumətindən məhkumlar barəsində çıxarılan cəza növünün ləğv edilməsi istənilib.
Bununla yanaşı beynəlxalq ictimaiyyətdən də məhkumların bədən əzalarının kəsilməsi cəzasının dayandırılması üçün İrana təzyiq göstərmələri tələb olunub.
Qeyd edək ki, 3 gün əvvəl Urmiya həbsxanasında oğurluqda günahlandırılan Şəhab və Mehrdad Teymuri adlı qardaşların sağ əllərinin 4 barmağı kəsilib.
Bununla yanaşı daha 5 məhkumun da əl barmaqlarının kəsilməsi barədə qərar çıxarılıb və hökmün yaxın günlərdə icra olunacağı gözlənilir.