İndoneziyadakı səfirimiz etimadnaməsini təqdim etdi

Azərbaycanın İndoneziyaya yeni təyin olunmuş səfiri Ramil Rzayev Etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Xidmətinin rəhbəri Endi Rahmiantoya təqdim edib.
Ajans.az xəbər verir ki, xidmət rəhbəri bu barədə “X” hesabında məlumat paylaşıb:
“Mən Nazirliyi ziyarət edən Azərbaycanın ölkəmizdəki yeni səfiri Ramil Əbil oğlu Rzayevi və onun etimadnamələrinin surətini qəbul etdim” – deyə, nazirlik rəsmisi yazıb.
Qeyd edək ki, R. Rzayev bu vəzifəyə ötən ilin dekabrında təyin olunub.