Prezident nəvələrinə “Təşəkkürnamə” verdi - FOTO

Siyasət
24-12-2024 - 12:50
Prezident İlham Əliyevin nəvələri Mikayıl və Əli Ağalarovlar sosial şəbəkə hesablarında maraqlı paylaşım ediblər.
Ajans.az xəbər verir ki, onlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə təltif olunduqlarını bildiriblər.
Prezident “Təşəkkürnamə”ləri onlara şəxsən təqdim edib.
M.Ağalarov paylaşdığı fotoya “COP29-da könüllü olduğum üçün qürur duyuram”, Ə.Ağalarov isə “COP29-da iştirak gözəl təcrübə idi” şərhini yazıb.
Mövzular:
Oxşar xəbərlər
500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
Siyasət09:54 / 21-04-25