İkardi ciddi zədə aldı
“Qalatasaray”ın futbolçusu Mauro İkardi ötən gün Avropa Liqasının Liqa mərhələsində “Totenhem”lə keçirilən oyunda ciddi zədə alıb.
Ajans.az xəbər verir ki, o, oyunun 83-cü dəqiqədə bud nahiyəsindən zədələnib.
Klubdan verilən açıqlamada bildirilib ki, MRT-də onun çarpaz bağlarının qopduğu bildirilib.
Buna görə də futbolçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.