Hücumların təkrarlanması ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hücumların təkrarlanması ilə bağlı
Dünya 03-01-2025 - 19:28

ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) və Daxili Təhlükəsizlik Departamenti ölkənin hüquq-mühafizə orqanlarına yanvarın 1-də Nyu Orleanda baş vermiş hadisə kimi nəqliyyat vasitəsindən istifadə olunmaqla hücumların təkrarlanması təhlükəsi barədə xəbərdaredici informasiya bülleteni göndərib.

Ajans.az xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Bülleten hüquq-mühafizə orqanlarının kütləvi qətl törətmək üçün nəqliyyat vasitəsindən istifadə etmək niyyətini göstərən hər hansı fəaliyyətə qarşı daha diqqətli olmasını təmin etmək üçün sığorta olaraq göndərilib”, - telekanal bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına şəxsiyyəti təsdiq edən saxta sənədlərdən, eləcə də nəqliyyat vasitələrinin icarəsi üçün kreditdən istifadə edilməsinə, şübhəli şəxslərin hücum edə biləcəkləri ərazini əvvəlcədən yoxlamaq cəhdlərinə xüsusi diqqət yetirmələri tövsiyə olunur.

PAYLAŞ: