Hizbullah İLK DƏFƏ Livandakı atəşkəs səylərini DƏSTƏKLƏDİ

Siyasət
08-10-2024 - 09:56
Hizbullahın yüksək səviyyəli rəsmisi ilk dəfə Livanda atəşkəs səylərini dəstəkləyib.
Ajans.az xəbər verir ki, bu barədə Naim Qasım açıqlama verib.
“Biz (Parlament sədri Nəbih) Berrinin atəşkəsə nail olmaq bayrağı altında apardığı siyasi səyləri dəstəkləyirik. Atəşkəs möhkəm şəkildə qurulduqdan və diplomatiya buna nail olduqdan sonra bütün digər detallar müzakirə olunacaq və birgə qərarlar qəbul ediləcək”, - deyə, N.Qasım bildirib.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir