Gürcüstan XİN təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi
Gürcüstan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Ajans.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
“Azərbaycan Hava Yolları təyyarəsinin qəzaya uğraması nəticəsində onlarla insanın həlak olmasını eşitməyimiz bizi dərin kədərləndirdi. Biz Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralıların tezliklə sağalmasını arzu edirik”, - deyə qurumun X platformasında paylaşımında qeyd edilib.