Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə Bakı Qazax yolunun Goranboy rayonu ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 21 yaşlı C. Orucovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.