Goranboyda 16 yaşlı qız dəm qazından ZƏHƏRLƏNDİ

Goranboyda 16 yaşlı qız dəm qazından zəhərlənib.
Ajans.az xəbər verir ki,hadisə rayon mərkəzində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü rayon sakini Verdiyeva Rəvanə Ceyhun qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Zəhərlənən yeniyetmə qız təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.