Fransa Ermənistanın silahlandırılmasında iştirak edir - Hikmət Hacıyev
"Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var".
Ajans.az "Unikal"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib
"Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir", - deyə H.Hacıyev bildirib.