FHN zəlzələ ilə bağlı AÇIQLAMA yaydı

FHN zəlzələ ilə bağlı AÇIQLAMA yaydı
Zəlzələ
Gündəm 23-11-2024 - 13:45

Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb.

Nazirlikdən Ajans.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.

Qeyd edək ki, Ermənistanın Daxili İşlər Nazirliyi də Azərbaycanda baş verən zəlzələ barədə məlumat yayıb. Məlumata görə, zəlzələ Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində hiss olunub.

PAYLAŞ: