"Expressbank" gecə vaxtı vətəndaşın başına OYUN AÇDI: İşıqsız qaldılar - VİDEO
"Expressbank"ın ödəniş terminalı vətəndaşa ciddi problem yaradıb. Vətəndaş "Azərişıq"ın işığın kartını terminala daxil edərkən, terminal kartını udub və geri qaytarmayıb.
Ajans.az-ın xəbərinə görə, hadisə gecə vaxtı baş verib və nəticədə vətəndaş uzun müddət işıqsız, qaranlıqda qalıb.
Vətəndaş kartını geri almağa çalışsa da, bank xidmətlərindən kömək ala bilməyib. Qaynar xəttə zəng vurduqda isə ona "hazırda qeyri-iş saatıdır" - deyib dəstəyi asıblar. Hadisə gecə vaxtı baş verib və vətəndaş işıq borcunu ödəyə bilmədiyi üçün elektrik enerjisindən məhrum olub.
Eyni zamanda, bank terminalının sensoru normal işləməyib, bu da ödəmə prosesini daha da çətinləşdirib. Sensorun nasaz olması vətəndaşın vaxtında ödəməni edə bilməməsinə səbəb olub. Vətəndaş hadisə ilə bağlı narazılığını sosial şəbəkələrdə bölüşüb və Ekspressbankın xidmət keyfiyyətini tənqid edib.
Məsələ ilə bağlı bankdan hələ bir açıqlama verilməyib.
Ətraflı videoda:
Bu gönderiyi Instagram'da gör