Ermənistanla sərhəddə gərginlik: Yeni müharibə riski yaranıb? - Göstəriş verildi

Ermənistanla sərhəddə gərginlik:
Siyasət 25-02-2025 - 16:43
 1214

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib. Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və Azərbaycan Ordusunda 2024-cü il ərzində xidməti-döyüş fəaliyyətləri təhlil edilib.

Ümumiyyətlə,Cənubi Qafqazda gərginliyin azalması və davamlı sülhün bərqərar olması üçün göstərilən səylərə baxmayaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərdə yenidən gərginlik müşahidə edilir. Xüsusilə, Zəngəzur dəhlizi məsələsi, sərhəd delimitasiyası və hər iki tərəfin silahlanması fonunda qarşıdurmanın böyüyə biləcəyi ilə bağlı iddialar gündəmdədir. Ermənistanın konstitusiyanı dəyişməməsi və hərbi sahədə müəyyən addımlar atması bölgədə təhlükəsizliyə təhdid kimi qiymətləndirilir. Bütün bu amillər fonunda, lokal müharibə ehtimalının olub-olmaması məsələsi gündəmi zəbt edir. Bu yazıda yaranmış vəziyyətin mümkün inkişaf ssenarilərini və regionda sabitliyə təsir edəcək əsas amilləri təhlil edəcəyik.

Bəs Ermənistanla sərhəddə nə baş verir? hər hansı real müharibə təhlükəsi varmı?

Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ajans.az-a verdiyi açıqlamada bildirib ki, Ermənistanın dövlət ideologiyasının əsas mahiyyəti qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməkdən ibarətdir.

Onun sözlərinə görə, bu ideologiya çərçivəsində Azərbaycana qarşı hərbi təcavüz baş verib və bu, təkcə hərbi əməliyyatlarla deyil, həm də ideoloji, iqtisadi və təbliğat aspektləri ilə müşayiət olunub:

"Biz 2020-ci ildə və 2022-ci ildə hərbi təcavüzə əsasən son qoyduq. Amma ideoloji baxımdan, təbliğati baxımdan, iqtisadi baxımdan buna son qoyulmayıb. Ermənistan bu məsələlərdən boyun qaçırır. Əsas problemlərdən biri də siyasi məsuliyyət və təzminat məsələsidir. Bu mövzular hələ də həllini tapmayıb, Ermənistan isə bu məsələləri qəbul etmir”.

Zülfüqarov həmçinin qeyd edib ki, Ermənistanın imzaladığı sənəd yalnız bir çərçivə sənədidir və konkret məsələləri dəqiqləşdirmir. Sərhədlərin delimitasiya və demarkasiya prosesi, kommunikasiya xətləri və humanitar məsələlər hələ də açıq qalır:

"Azərbaycanın siyasi iradəsi sayəsində bəzi məsələlər Ermənistanın siyasi gündəmində müzakirə mövzusuna çevrilsə də, sülh sazişinin imzalanması üçün hələ bir sıra əngəllər mövcuddur. Ermənistanın silahlanması, konstitusiya dəyişikliklərindən imtina etməsi və bəzi açıq qalan problemlər bölgədə vəziyyətin yenidən gərginləşməsi riskini artırır. Hazırkı şəraitdə sülh danışıqlarının davam etdirilməsi və konkret addımların atılması regionda sabitliyin qorunması üçün vacibdir", - deyə o bildirib. 

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: