"Beşiktaş" pley-off mərhələsinə vəsiqə QAZANDI

Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin III turunun matçlarına start verilib.
Ajans.az xəbər verir ki, ilk oyun günündə D qrupunun son 3 görüşü keçirilib.
Beşiktaş" səfərdə "Antalyaspor"a 2:1, "Bodrumspor" "Sivasspor"a 1:0, "Kocaelispor" isə "Kırklarelispor"a 3:1 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra "Beşiktaş" maksimum nəticə (9 xal) ilə pley-off mərhələsinə vəsiqə qazanıb. "Bodrumspor" (7 xal) isə qrupda 2-ci yeri tutub.
Qeyd edək ki, Türkiyə Kubokunda qrup mərhələsinə fevralın 26-27-də keçiriləcək oyunlarla yekun vurulacaq.