Həmin videoya görə polisə çağırıldılar: Rəsmi - Foto

Həmin videoya görə polisə çağırıldılar:
Cəmiyyət 25-02-2025 - 17:57

Sumqayıt şəhərində bir qrup gəncin buzlu hava şəraitində hərəkətdə olan avtobusun arxa hissəsindən tutaraq sürüşməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. 

Ajans.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, həmin şəxslərin yetkinlik yaşına çatmadıqları müəyyən edilib və onlar valideynlərinin iştirakı ilə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və etdikləri hərəkətin insan həyatı üçün olduqca təhlükəli olduğu diqqətə çatdırılıb. Valideynlərə isə övladları üzərində nəzarəti daha da artırmaq tövsiyə edilib.

PAYLAŞ: