Cənubi Koreya prezidenti xalqdan üzr istədi

Cənubi Koreya prezidenti Yun Sok-yol hərbi vəziyyətin tətbiqi təklifinin yaratdığı "çaşqınlıq və narahatçılığa" görə ölkənin Konstitusiya Məhkəməsində xalqdan üzr istəyib.
Ajans.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi yazıb.
“Xalqdan üzr istəyirəm. Vətən və xalq naminə hərbi vəziyyət tətbiq olundu. Lakin bu proses zamanı dəyərli xalqımıza çaşqınlıq və narahatçılıq yaratdığıma görə səmimi qəlbdən üzr istəyirəm”, - deyə Sok-yol bildirib.
Öz ifadəsində Yun hərbi vəziyyətin elan edilməsi ilə bağlı ona qarşı irəli sürülən üsyan ittihamlarını dəfələrlə rədd edib. Yun siyasətçilərin həbsinə və ya deputatların Milli Assambleya binasından çıxarılmasına göstəriş verdiyinə dair iddiaları da “absurd” adlandırıb.