Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı

Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
Dünya 25-02-2025 - 18:15

Rusiya ilə ABŞ arasında faydalı qazıntılar üzrə əməkdaşlıq yalnız münasibətlərin normallaşmasından və Ukraynadakı müharibənin nizamlanmasından sonra başlaya bilər.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.

"Dövlət başçılarının dialoqu bərpa etmək üçün siyasi iradəsi ortaya çıxdı. Bu, ilk növbədə Ukrayna böhranının həlli məsələsidir. Növbəti gündəm böhranın çözümüdür. Yalnız bundan sonra ticari-iqtisadi layihələrə baxıla bilər. Amerikalıların nadir torpaq metallarına ehtiyacı var. Bizdə onlardan çoxdur. Geniş perspektivlər açılır. Siyasi iradəni göstərməyin vaxtı gələndə, biz buna açıq olacağıq", - deyə Peskov vurğulayıb.

PAYLAŞ: