Ermənistan Suriyadakı səfirliyini KÖÇÜRTDÜ
Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi (ER XİN) Suriyadakı hadisələri izlədiyini bildirir.
Ajans.az xəbər verir ki, bu barədə XİN-in bəyanatında qeyd olunub.
“Hazırda Ermənistanın Dəməşqdəki səfirliyinin diplomatik heyəti və Hələbdəki baş konsulu Beyrutdan işlərini davam etdirir.
Son dörd gün ərzində səfirliyin qaynar xəttinə edilən zənglər zamanı verilən suallar lazımi sənədlərin, əsasən də RA-ya giriş vizalarının tərtibi və verilməsi ilə bağlıdır. Qeyd olunan bütün hallarda Ermənistan səfirliyi Suriyadan gələn ermənilərə pulsuz viza verilməsi də daxil olmaqla, lazımi dəstəyi göstərir. Gələcək işlərə görə yeni qərarlar barədə əlavə məlumat veriləcək”, - XİN-in bəyanatında deyilir.