Ərdoğan Qərbin tək qoyduğu Zelenskini çətiri altına aldı - Foto

Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vldimir Zelenskinin Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanma mərasimində maraqlı anlar yaşanıb.
''Ajans.az'' Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
“Qarşılama mərasimində diqqəti çəkən detallardan biri də Ərdoğanın Qərbin tək qoyduğu Zelenski ilə çətirini bölüşməsi oldu”, - nəşr qeyd edir.
Prezident Ərdoğan Ukrayna liderini Prezident sarayında qəbul edib. Türkiyə prezidenti həmkarını sarayın girişində qarşılayıb. Ərdoğan və Zelenski Türkiyə və Ukrayna bayraqları qarşısında şəkil çəkdirib