Emreli Almaniyada daha bir qol vurdu - VİDEO

İdman
25-10-2024 - 19:03
Azərbacan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nurnberq” Almaniya ikinci Bundesliqasının hesabat turunda növbəti matçında çıxıb.
Ajans.az xəbər verir ki, Nurnberq təmsilçisi doğma azarkeşləri önündə “Reqensburq”u qəbul edib və rəqibini 8:3 hesabı ilə məğlub yola salıb.
Mahir Emreli isə qarşılaşmanın 23-cü dəqiqəsində qol vuraraq adını tabloya yazdırıb.
Bu qələbədən sonra xallarının sayını 16-ya yüksəldən “Nurnberq” turnir cədvəlində 7-ci pilləsinə qalxıb.
Qeyd edək ki, M.Emreli ötən tur da “Qroyter”lə matçda fərqlənmişdi.