Əlcəzair Fransaya xəbərdarlıq edib

Əlcəzair Fransaya
Gündəm 15-12-2024 - 18:59

Fransanın Əlcəzairdəki səfiri Stefan Romate bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Ajans.az xəbər verir ki, səfirə sonuncu xəbərdarlıq edilib.

Məlumata görə, Əlcəzairin xüsusi xidmət orqanları Fransanın ölkədə sabitliyi pozmaq cəhdinin qarşısını alıb. Səfirin diqqətinə çatdırılıb ki, Əlcəzair “Fransanın hakimiyyət orqanlarının təhdid və şantajlarını qəbul etməyəcək”.

Əlcəzairin rəsmi qəzetlərinin yazdığına görə, ölkəyə qarşı olan qüvvələr vaxtaşırı Fransa səfirliyinə məxsus binalarda toplaşırlar. Fransa hökuməti terrorçu qruplaşmalara himayədarlıq edir.

PAYLAŞ: