Dünyanın 3-cü ən varlı adamı mirasını kimə qoyacaq?
Dünyanın 3-cü ən zəngin adamı və Omaha Oracle kimi tanınan milyarder Uorren Baffet 94 yaşında vəsiyyətini açıqlayıb.
Ajans.az xəbər verir ki, 150 milyard dollarlıq sərvətinin 99,5 faizini xeyriyyə işlərinə bağışlayan Buffetin mirasının bölüşdürülməsinin 10 il çəkəcəyi bildirilir.
Amerikanın ən məşhur iş adamı mövzu ilə bağlı məktubunda sərvət sülaləsi yaratmaq istəmədiyini və var-dövlət sülalələrinin şəxsi inkişafa xələl gətirə və münasibətləri çətinləşdirə biləcəyini qeyd edib.
O, məktubda "Mən heç vaxt sülalə yaratmaq və ya övladlarımdan kənar plan qurmaq istəməmişəm. Mən onların üçünü də çox yaxşı tanıyıram və onlara tam etibar edirəm. Gələcək nəsillər başqa məsələdir" ifadələrini işlədib.
“Zaman həmişə qalib gəlir. Bəzən həyat doğuşla və ya bir müddət sonra qısa müddətdə bitər, digər vaxtlar isə 100 ilə qədər gözləyə bilir. Buna görə də bəxtim gətirib. Amma tezliklə başıma gələcək. Bir məsələ var, övladlarımın yaşı 66, 69 və 71-dir. Övladlarımın mirası bölüşdürməsi 10 il çəkəcək”, - deyə, milyarder iş adamı bildirib.
Warren Buffet 30 avqust 1930-cu ildə anadan olub, amerikalı milyarder və birja investorudur. O, birja proqnozları ilə milyardlarla dollar qazanan dünyanın ən uğurlu investorlarından biri kimi tanınır. “Berkshire Hathaway” sədri Buffet sığorta, enerji, dəmiryol xətləri və nəqliyyat sektorlarında geniş portfel yaradıb.