DSX-da müəmmalı ölüm: Həbs olunan var

DSX-da müəmmalı ölüm:
Gündəm 28-11-2024 - 22:09
 98

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

Ajans.az Bakupost.az-a istinadən xəbər verir ki, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Həbib İlham oğlu Orucovun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpərdici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da odlu silahdan açılmış atəş nəticəsində ölüb.

PAYLAŞ: